Home store locator contact us AZ flag

Önsöz

"Uğurlu şirkətlər həm onların təməlini təşkil edən ənənələrə əsaslanır, həm də gələcəyə doğru irəliləyirlər. Biz də ALDO-da məhz belə edirik", deyə ALDO Group şirkətinin baş icraçı direktoru və təsisçisi qeyd edir. ALDO Group 1600—dən artıq pərakəndə satış məntəqəsinə malik özəl şirkətdir. Bu satış məntəqələrindən təxminən 1000-i ALDO bayrağı altında birləşmişdir. ALDO Group Kanadada, Birləşmiş Ştatlarda, Birləşmiş Krallıqda, İrlandiyada, həmçinin 2011-ci ilin sonuna qədər 60 ölkədə fəaliyyət göstərmiş olacaq. 

ALDO şirkətindəəsasdiqqətmərkəzindəolaninsandır
Biz hər zaman öz missiyamıza sadiq qalırıq: hər gün təklif etdiyimiz məhsulların və xidmətlərin köməyilə insanları məmnun etmək. Biz Hərtərəfli Müştəri Xidmətləri göstərmək üçün çalışırıq.

ALDO-
nunresepti
ALDO yüksək keyfiyyətli dəbli ayaqqabı və aksesuarların yaradılması üzrə ixtisaslaşmışdır. Böyük tələbata malik olan bu brend üçün incə və dəqiq sənətkar işi əsas diqqət mərkəzindədir. ALDO hər mövsümdə sizin üçün həm keyfiyyətli, həm də ən müasir dəbləri münasib qiymətə təklif etmək məqsədi üçün çalışır. Bundan başqa, ALDO-nun alıcılardan və stilistlərdən ibarət komandası sizə dəbin ən son yeniliklərini təklif etmək üçün bütün dünyanı gəzirlər. Ayaqqabı dəbində ən son modellər London, Milan, Paris, Nyu-york və ya Tokioda işıq üzü görən kimi ALDO onları dərhal sizin ayağınıza gətirir!

Geri
vermək
ALDO bizim yaşadığımız və işlədiyimiz cəmiyyətləri zənginləşdirmək üçün əvvəlcə yaxşı korporativ vətəndaş olmağa çalışır. ALDO və ya onun əməkdaşları pul vəsaitlərinin toplanılması aksiyalarında iştirak edir və ya könüllü olaraq öz vaxtlarını icma məsələlərinə sərf edirlər. ALDO vicdanlı və qayğıkeş bir brenddir. Cəmiyyətə töhfə vermək bizim gündəlik işimizin zəruri və əsas hissəsidir.

ALDO QİÇS-ə qarşı mübarizəni fəal surətdə dəstəkləyir. Xəstəliyin ilk aşkar olunduğu 1985-ci ildən etibarən ALDO QİÇS üzrə məlumatlandırma və araşdırma fəaliyyətləri ilə məşğul olan CanfAR, AmfAR və son vaxtlarda YouthAIDS kimi təşkilatlara milyonlarla dollar həcmində yardım etmişdir. ALDO 22 ölkədə ALDO QİÇSƏ QARŞI kampaniyalarını həyata keçirmişdir. Əlavə məlumat üçün youthaids-aldo.org saytına daxil olun.