Home store locator contact us AZ flag

1966 şirkətin özülü
Aldo Bensadoun Fransada hərbi xidmətini bitirib École de Cavalerie de Saumur məktəbində iqtisadiyyat dərsi verir. Az sonra o, sevimli şəhəri Monreala qayıdır!

1972
ALDO Shoes (ayaqqabı) şirkəti konsessiya olaraq Monrealda məşhur ticarət mərkəzində açılır. Başlanğıcda şirkət Monreal, Ottaıa, Kuebek siti və Vinnipeq-də icarəyə götürülmüş dörd konsessiya kimi fəaliyyətə başlamışdı.

1978

İlk müstəqil ALDO mağazası Kanada, Montrealda Sainte-Catherine küçəsində açılır və bununla, şirkətin geyim butikləri daxilində bir şöbə kimi fəaliyyəti sona çatır.

1980-
ciillər
Şirkət böyük bir sürətlə inkişaf edərək 95 müstəqil ALDO mağazası açır.

1993

ALDO pərakəndə satış fəaliyyətini ABŞ bazarında da həyata keçirməyə başlayır. ABŞ-da ilk ALDO mağazası Messaçutesdə Boston yaxınlığında açılır. Sonrakı 9 il ərzində bütün ABŞ ərazisində təxminən 125 mağaza açılır. Həmin dövrün sonuna qədər ALDO Kanadanın bütün böyük şəhərlərində ən böyük ticarət mərkəzlərində və dəbin mərkəzi olan küçələrdə 180-dən çox mağaza açır.

1994

ALDO İsraildə françayzinq razılaşmasına əsasən biznes qurur.

2001

ALDO-nun İsraildəki uğuru Beynəlxalq biznes modelinin əsasını qoyur. ALDO Birləşmiş Ərəb Əmirliklərində və digər körfəz ölkələrində françayzinq hüquqları verir. Üçüncü françayzinq Səudiyyə Ərəbistanında verilir.

2002

ALDO İngiltərənin London şəhərində Oksford və Neal Strit də daxil olmaqla böyük küçələri bəzəyir. Brend hətta şəhərkənarı zonalara da yol tapır və bir neçə kiçik ticarət mərkəzi açır. Dünyanın ən dinamik dəb və pərakəndə satış bazarlarından olan Birləşmiş Krallıq şirkətin genişlənməsi üçün münbit şəraitə malikdir.

2003

ALDO Sinqapurda da öz qapılarını açaraq Asiyaya daxil olur.

2004

ALDO-nun Birləşmiş Krallıq, Yaxın Şərq və Asiya Sakit Okean zonalarındakı uğurundan sonra bu brend Portuqaliya, Danimarka, Malayziya və Livana qədər uzanır.

2005

ALDO İrlandiya, Hindistan, Cənubi Afrika və Polşada yeni açılışlar etməklə inkişaf edir.

2006 –
İnkişafdavamedir
ALDO-nun Tailand, Tayvan, Rusiya, Misir, Mərakeş və İordaniya kimi ölkələrdə öz biznesini qurması ilə inkişaf etdiyi növbəti il.

2007
Türkiyə, Rumıniya, Venesuela, Panama, Indoneziya, Filippin, Ukrayna, Meksika, Çili və Aruba ALDO ailəsinə üzv olurlar.

2008

ALDO Serbyia və Monteneqroda da öz qapılarını açır.

2009

İspaniya, Honq Konq, Vyetnam və Kipr ALDO ailəsinə qoşulurlar. Artıq ALDO Antarktida xaric bütün qitələrdə fəaliyyət göstərir!

2010

ALDO indi Malta, Seneqal, Liviya, Qvadelupe, Martinik, Reunion adası, Cote D'Ivoire, Konqo, Qabon və Hondurasda da mağazalarını açır.

2011
daha sonra
ALDO hazırda 65 ölkədə fəaliyyət göstərən 1000-dən artıq mağazaya və 19 ölkədə 160-dan artıq aksesuar mağazasına malikdir… Ancaq bu, son deyil!  ALDO ilin sonuna qədər İtaliya, Norveç, Fransa və Koreyada da mağazalar açmağı planlaşdırır.