HÜQUQİ BİLDİRİŞ – VEB SAYTIN ŞƏRTLƏRİ

1. BU VEB SAYTIN İSTİFADƏSİ
Bu veb sayt ALDO Group Inc. (bundan sonra mətndə "ALDO") şirkətinin Azərbaycan lisenziya alanı üçün olmaqla şirkətə məxsusdur. Veb sayt qeyri-kommersiya xarakterli istifadə və məlumatlandırma üçün nəzərdə tutulur. Siz bu veb saytdan istifadə etmək üçün aşağıdakı şərtlərə və bütün müvafiq qanunlara riayət etməlisiniz. Veb sayta daxil olmaqla və orada axtarış aparmaqla siz istisnasız şəkildə bu şərtləri qəbul edirsiniz. Əgər bu şərtlərin hər hansı biri ilə razı deyilsinizsə, o zaman veb saytdan istifadə etməyin. Siz bu veb sayta daxil olmanızın və saytdakı materialların qanuni olmasını müəyyən etmək üçün cavabdehsiniz. Bu veb sayt böyüklər tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulur. 13 yaşdan kiçik uşaqlar bu veb saytdan istifadə etməməlidirlər. Bundan başqa, əgər sizin yaşınız 13 və ya daha yuxarıdırsa, ancaq yaşadığınız ərazinin qanunlarına görə yetkinlik yaşına çatmamısınızsa, o zaman sizin valideyniniz və ya qəyyumunuz bu veb saytdan sizin adınızdan istifadə etməlidir, siz veb saytdan özbaşına istifadə etməməli və ya ALDO şirkətinə, onun filiallarına və ya françayzilərinə şəxsi məlumat verməməlisiniz. ALDO şirkəti, onun filialları və ya françayziləri 13 yaşdan kiçik uşaqlardan bilərəkdən şəxsi məlumat toplamırlar. ALDO şirkəti, onun filialları və ya françayziləri öz seçimlərinə əsasən xidmətdən imtina etmək, hesaba xitam vermək və ya sifarişləri ləğv etmək hüququna malikdirlər.

2. MƏXFİLİK
ALDO şirkətinin, onun filiallarının və/ və ya françayzilərinin məxfilik praktikası bizim Məxfilik Siyasəti sənədində şərh edilir ki, həmin sənəd sizin bu veb sayta daxil olmanızı tənzimləyir. Sizin bu veb saytdan davamlı olaraq istifadə etməniz onu göstərir ki, siz Məxfilik Siyasəti ilə tanış olmusunuz və onun şərtlərini qəbul edirsiniz. Siz şəxsi məlumatlarınızın ALDO şirkəti, onun filialları və ya françayziləri tərəfindən bu sənəddə (və onun düzəlişlərində) müəyyən edilmiş şərtlərə və məqsədlərə uyğun olaraq istifadə olunmasına razılıq verirsiniz.

3. MƏHSULLARA DAİR İNFORMASİYA
ALDO ŞİRKƏTİNİN ÖLKƏDƏKİ FRANÇAYZİSİ TƏRƏFİNDƏN SATILMAQ VƏ/VƏ YA YAYILMAQ ÜÇÜN NƏZƏRDƏ TUTULAN MƏHSULLAR ANCAQ HƏMİN ÖLKƏDƏ MÖVCUDDUR VƏ SAYTIN BU HİSSƏSİ ANCAQ ÖLKƏNİN MÜŞTƏRİLƏRİNƏ VƏ POTENSİAL MÜŞTƏRİLƏRƏ AİDDİR. ALDO şirkəti, onun filialları və ya françayziləri onlar tərəfindən satılacaq və/və ya yayılacaq məhsulların mümkün qədər dəqiq təsvirini verməyə çalışacaqlar, ancaq ALDO şirkəti, onun filialları və ya françayziləri məhsulların təsvirinin və ya bu saytın başqa məlumatlarının dəqiq, dolğun, etibarlı və ya səhvsiz olduğuna dair zəmanət vermirlər.

BU VEB SAYT VƏ ONUN MƏZMUNU HƏR HANSI BİR MƏHSULUN VƏ YA XİDMƏTİN SATIŞINA DAİR TƏKLİF KİMİ BAŞA DÜŞÜLMƏMƏLİDİR.

4. ZƏMANƏTİN İSTİSNA EDİLMƏSİ
ALDO bu veb saytın çalışmasına və ya işlək vəziyyətdə olmasına, istifadəyə yararlılığına, yaxud da onun istifadəsinin fasiləsiz və ya səhvsiz olacağına dair heç bir bəyanat və ya zəmanət vermir. ALDO bu veb saytla əlaqədar hər hansı səhvlərin düzəldiləcəyinə, yaxud da veb saytın çalışdığı hər hansı serverdə virusların və ya zərərli komponentlərin olmadığına və ya olmayacağına dair heç bir bəyanat və ya zəmanət vermir. BU VEB SAYTDA YER ALAN BÜTÜN MATERIALLAR VƏ YA MƏLUMATLAR "OLDUĞU KİMİ", "BÜTÜN NÖQSANLARLA" VƏ KONKRET VƏ YA EHTİMAL OLUNAN HEÇ BİR ZƏMANƏT VERİLMƏDƏN SİZƏ TƏQDİM EDİLİR. ALDO VƏ ONUN LİSENZİYA VERƏNLƏRİ, FİLİALLARI VƏ FRANÇAYZİLƏRİ BÜTÜN YAZILI VƏ YA ŞİFAHİ, KONKRET VƏ YA EHTİMAL OLUNAN ZƏMANƏTLƏRDƏN VƏ YA ŞƏRTLƏRDƏN, O CÜMLƏDƏN, ANCAQ BUNUNLA MƏHDUDLANMADAN, SATILMA İMKANI, KEYFİYYƏT, DAYANIQLILIQ, UYĞUNLUQ VƏ YA MÜƏYYƏN BİR MƏQSƏDƏ CAVAB VERMƏK KİMİ ZƏMANƏTLƏRDƏN VƏ YA ŞƏRTLƏRDƏN İMTİNA EDİRLƏR. Yuxarıda qeyd edilən istisnalar bu şərtlərdə müəyyən edilmiş hər hansı konkret istisnalara əlavədir. Müəyyən federal, dövlət və ya əyalət qanunlarında müəyyən zəmanətlərin istisna edilməsinə icazə verilmədiyindən, bu istisnalar sizə şamil edilməyə bilər.

5. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
ALDO BİRBAŞA VƏ YA DOLAYI ZƏRƏRLƏRƏ, TƏSADÜFİ, XÜSUSİ ZƏRƏRLƏRƏ, HƏR HANSI BİR MATERİALIN, MƏHSULLARIN VƏ YA XİDMƏTLƏRİN İSTİFADƏSİNƏ, YAXUD DA İSTİFADƏ OLUNMAMASINA, HÜQUQLARA XİTAM VERİLMƏSİNƏ VƏ YA MƏNFƏƏT İTKİSİ, MƏLUMATLARIN İTMƏSİ, BİZNESİN VƏ YA NÜFUZUN İTİRİLMƏSİ KİMİ HALLARA GÖRƏ, YAXUD DA SİZİ VƏ YA HƏR HANSI ÜÇÜNCÜ TƏRƏFİ KOMPENSASİYA ETMƏK ÜÇÜN MƏSULİYYƏT DAŞIMAYACAQ. Sizin yeganə və müstəsna müdafiə vasitəniz bu veb saytın istifadəsini dayandırmaq və veb sayta daxil olmamaqdır. Müəyyən federal, dövlət və ya əyalət qanunlarında bir sıra zərərlərin istisna olunmasına və ya məhdudlaşdırılmasına icazə verilmədiyindən, bu istisnalar sizə şamil edilməyə bilər.

6. MÜƏLLİF HÜQUQLARI VƏ TİCARİ MARKALAR
Bu veb saytda yer alan materiallar, o cümlədən, ancaq bununla məhdudlanmadan, mətnlər, təsvirlər, illüstrasiyalar, proqram təminatı, audio kliplər və video kliplər ALDO şirkətinə məxsusdur və ALDO bu materialların hər hansı bir şəxsin və ya qurumun hüquqlarını pozmadığına dair bəyanat və ya zəmanət vermir. Bu veb saytda yer alan materiallar ÖLKƏDƏ və digər yurisdiksiyalarda Müəllif Hüquqları Aktı (və ya ekvivalent) ilə və müvafiq beynəlxalq sazişlərə əsasən mühafizə olunur. Buna görə də, bu veb saytda yer alan materiallar ALDO şirkətinin əvvəlcədən yazılı icazəsi olmadan hər hansı formada, o cümlədən, ancaq bununla məhdudlanmadan, mətn, audio, video formatında tam və ya qismən köçürülə, çoxaldıla, təkrar nəşr edilə, yüklənilə, göndərilə, ötürülə, yayıla və ya dəyişdirilə bilməz. Bu veb saytda yer alan ticari markalar, loqotiplər və xidmət markaları (birlikdə, "Markalar") ALDO şirkətinin qeydiyyata alınmış və ya alınmamış markalarıdır, digər markalar isə, onların müvafiq sahiblərinin markalarıdır. Bu markalar onların sahiblərinin əvvəlcədən yazılı icazəsi olmadan istifadə edilə bilməz. Bu veb saytda qeyd edilən heç nə Markalardan və ya Müəllif Hüquqları Aktı (və ya ekvivalent) ilə qorunan materiallardan istifadə etmək üçün hüquqların verilməsi kimi şərh edilməməlidir.

Yuxarıda qeyd edilənlərə baxmayaraq, bu veb saytın hər hansı səhifəsində yer alan məlumatların bir elektron və ya kağız üzərində nüsxəsinin çıxarılması üçün ALDO sizə səlahiyyət verir, bir şərtlə ki, həmin nüsxə ancaq qeyri-kommersiya, şəxsi məqsədlər üçün istifadə olunacaq və hər bir halda bu nüsxə bütün müəllif hüquqları, ticari markalar, xidmət markaları və həmin veb saytda yer alan digər şəxsi bildirişlər vasitəsilə qorunacaq. Bu lisenziyada saytın və ya onun məzmununun təkrar satışı; məhsul kataloqlarının kolleksiyası, təsvirlər və ya qiymətlər, saytın və ya onun məzmununun düzəltmə məqsədlər üçün istifadə olunması, məlumatların hər hansı bir satıcı üçün köçürülməsi və ya yüklənilməsi, yaxud da məlumatların hasilatı, robot və ya bu kimi məlumat toplama vasitələri nəzərdə tutulmur. ALDO şirkətinin əvvəlcədən yazılı icazəsi olmadan siz ALDO-ya və ya onun filiallarına aid hər hansı ticari markanı, loqotipi və ya digər şəxsi məlumatları (o cümlədən təsvirləri, mətnləri, səhifələrin yığılmasını və ya formanı) kadrlaya bilməzsiniz. Həmçinin, siz ALDO şirkətinin əvvəlcədən yazılı icazəsi olmadan ALDO-nun adından və ya ticari markalarından istifadə edərək hər hansı meta taqlardan və ya gizli mətndən istifadə edə bilməzsiniz. Bu saytın və/və ya onun məzmununun icazəsiz istifadə olunması ALDO tərəfindən verilmiş icazənin və ya lisenziyanın ləğv edilməsi ilə nəticələnəcək.

7. ÖTÜRÜLƏN MƏLUMATLARIN MƏXFİLİYİ
Siz qəbul edirsiniz ki, müvafiq qanunda və ya ALDO-nun, onun filiallarının və ya françayzilərinin məxfilik siyasətində tələb edilməzsə, bu veb sayta daxil olmaqla və ya ondan istifadə etməklə elektron üsulla təqdim etdiyiniz məlumatlar və ya materiallar məxfi deyil. Həmçinin, siz qəbul edirsiniz ki, internet vasitəsilə aparılan mühafizə olunmayan elektron məktub yazışmaları ələ keçirilə, dəyişdirilə və ya itə bilər. Siz bəyan edir və zəmanət verirsiniz ki, bu veb sayta daxil olmaqla və ya ondan istifadə etməklə elektron üsulla ALDO-ya, onun filiallarına və ya françayzilərinə təqdim etdiyiniz məlumatlar və ya materiallar hər hansı bir başqa şəxsin və ya qurumun hüquqlarını pozmur. Siz ALDO, onun filialları və ya françayziləri tərəfindən bu məlumatların və ya materialların, yaxud da ideyaların, konsepsiyaların və ya digər məlumatların tam və ya qismən hər hansı formada kommersiya məqsədləri üçün istifadə olunmasına, o cümlədən çoxaldılmasına, təkrar ötürülməsinə və ya nəşr olunmasına, yaxud da ALDO-nun, onun filiallarının və ya françayzilərinin məxfilik siyasətinə (Bölmə 2-yə baxın) uyğun olaraq sizin kimliyinizə dair məlumatların açıqlanmasına razılıq verirsiniz.

8. ELEKTRON ÜNSİYYƏT
Siz veb sayta daxil olarkən və ya bizə elektron məktub göndərərkən bizimlə elektron ünsiyyət qurursunuz. Siz bizdən elektron məlumatlar almağa razılıq verirsiniz. Biz sizinlə elektron poçt vasitəsilə və ya bu veb saytda bildirişlər göndərməklə ünsiyyət quracağıq. Siz razılaşırsınız ki, bizim sizə elektron üsulla təqdim etdiyimiz bütün razılaşmalar, bildirişlər, açıqlamalar və digər yazışmalar müvafiq hüquqi tələblərə cavab verir.

9. MÜŞAHİDƏ
ALDO öz veb saytına girişə və veb saytla əlaqədar digər fəaliyyətlərə nəzarət edə bilər. ALDO həmçinin bununla əlaqədar müdaxilə edə bilər. Ancaq, ALDO bu baxımdan heç bir bəyanat və zəmanət vermir. ALDA nəzarət və müdaxilə etmək qərarı qəbul edərsə, siz bununla razılaşırsınız.

10. LINKLƏR
Digər veb saytlara dair linklər və istinadlar ancaq əlverişli olmaq üçün sizə təqdim edilir. ALDO digər veb saytları nəzərdən keçirməyib və həmin veb saytları, yaxud da hər hansı məlumatları və ya materialları, ya da bu saytlara, materiallara və ya məlumatlara həmin linklər vasitəsilə girişi təbliğ etmir. Həmçinin, ALDO bu kimi digər veb saytlara, yaxud da orada yer alan məlumatlara və ya materiallara, ya da təklif edilən məhsullara və ya xidmətlərə görə heç bir cavabdehlik qəbul etmir. ALDO tərəfindən açıq şəkildə icazə verilməyincə, siz başqa veb saytlardan bu veb sayta linklər yarada bilməzsiniz. İcazə almaq üçün bizim veb sayt inzibatçımıza comments@aldogroup.com elektron poçt ünvanına müraciət edin.

11. VIRUSLAR VƏ S.
ALDO bu veb sayt vasitəsilə əldə edilən məlumatların və ya materialların, o cümlədən yüklənilən proqram təminatlarının fasiləsiz, səhvsiz, nöqsansız olduğuna və ya onlarda virusların yaxud da digər zərərli komponentlərin olmadığına və ya aşkar olunan bu kimi problemlərin aradan qaldırılacağına dair bəyanat və ya zəmanət vermir.

12. BAŞQALARINA ZİYAN VURULMASI
Siz razılaşırsınız ki, bu veb saytda və ya veb sayt vasitəsilə başqalarına ziyan vura biləcək hər hansı məlumat və ya materiallar yerləşdirməyəcəksiniz. Digər məsələlərlə yanaşı, siz razılaşırsınız ki, material və ya məlumatlarda bilərəkdən və ya başqa şəkildə böhtan, qeybət xarakterli, əxlaqa zidd olan, yaxud da nifrət yayan və ya cinayət əməlinə səbəb ola biləcək hər hansı səhv məlumat yerləşdirməyəcəksiniz.

13. HÜQUQLARIN SAXLANILMASI
Bu şərtlərdə aydın şəkildə verilməyən bütün hüquqlar ALDO-ya aiddir. Bu şərtlərdə qeyd edilən heç nə ALDO-ya və ya başqa bir şəxsə ya da quruma aid olan hər hansı müəllif hüquqları, patent, ticari marka və ya digər intellektual mülkiyyət hüquqları çərçivəsində hər hansı lisenziyanın və ya hüququn verilməsi kimi başa düşülməməlidir.

14. TƏTBİQ OLUNAN QANUN
Bu sayt ALDO tərəfindən Kanada, Kuebek, Monrealdan idarə olunur və bu şərtlər, bu veb sayt, həmçinin həmin veb saytın istifadəsi və veb saytda və ya onun vasitəsilə həyata keçirilən hər hansı əməliyyatlar Kuebek Əyalətinin və Kanadanın qanunlarına əsasən tənzimlənəcək (qanun müddəalarının ziddiyyəti istisna olmaqla). Malların Beynəlxalq Satışına dair Birləşmiş Millətlər Təşkilatının Konvensiyası istisna olunur.

15. MÜBAHİSƏLƏRİN HƏLLİ; MƏHKƏMƏ QADAĞASI
BU BÖLMƏNİ DİQQƏTLƏ OXUYUN. BU BÖLMƏDƏ MÜBAHİSƏLƏRİN MƏHKƏMƏDƏ HAKİM TƏRƏFİNDƏN DEYİL, YEKUN VƏ MƏCBURİ ARBİTRAJ YOLU İLƏ BİT��RƏF ARBİTR TƏRƏFİNDƏN HƏLL EDİLMƏSİ NƏZƏRDƏ TUTULUR. SİZİN DÖVLƏTİN, ƏYALƏTİN VƏ YA ƏRAZİNİN QANUNLARINDA İSTEHLAKÇILARLA BAĞLANMIŞ MÜƏYYƏN RAZILAŞMALARA ƏSASƏN MƏCBURİ ARBİTRAJA MƏHDUDİYYƏT QOYULA BİLƏR.

Məcburi arbitraj
Bu şərtlərlə, bu veb saytla, veb saytın istifadəsi ilə və veb sayt vasitəsilə aparılan hər hansı əməliyyatla (müqavilə və ya qeyri-müqavilə xarakterli, qanuna və ya qaydaya əsasən, yaxud da keçmiş, mövcud olan və ya gələcək) əlaqədar olaraq bizim aramızda meydana çıxan və ya birimizin digərimizə, yaxud da onun əməkdaşlarına, agentlərinə, müvəkkillərinə, rəhbərlərinə, direktorlarına, davamçılarına və ya filiallarına qarşı irəli sürdüyü hər hansı mübahisə, fikir ayrılığı, ziddiyyət və ya iddia, o cümlədən bu müddəanın razılaşdırılması, formalaşması, mövcudluğu, etibarlılığı, icrası, şərh olunması, pozulması, həll edilməsi və ya ləğv olunması və tətbiqi və ya məzmunu ilə əlaqədar hər hansı məsələ (bundan sonra birlikdə "İddialar", ayrı-ayrılıqda "İddia" adlandırılacaq) bu şərtlərin tərkib hissəsini təşkil edən aşağıdakı Cədvəl A-da müəyyən edilmiş arbitraj qaydalarına əsasən məcburi arbitraj yolu ilə yekun qaydada həll ediləcək. Ancaq, siz arbitraja iddia təqdim etməzdən əvvəl 1-800-326-2536 nömrəsi vasitəsilə bizim müştəri xidmətinə müraciət etməli və mübahisəni həll etmək üçün bizə fürsət verməlisiniz. Eynilə, ALDO mübahisəli məsələni arbitraja təqdim etməzdən əvvəl biz sizinlə əlaqə yaradaraq həmin məsələni həll etməyə çalışacağıq. Siz və ya ALDO mübahisəyə dair bildirişi aldıqdan sonra 60 (altmış) gün müddətində mübahisə qənaətbəxş şəkildə həll edilməzsə, tərəflərdən hər hansı biri Cədvəl A-da müəyyən edildiyi kimi, arbitraja müraciət edə bilər.

Bu şərtlərdə və ya qanunda aydın şəkildə icazə verilməzsə, tərəflərdən heç biri bu şərtlərlə, o cümlədən, ancaq bununla məhdudlanmadan hər hansı iddia, iddianın həlli üçün həyata keçirilmiş hər hansı arbitraj prosesi və iddia üzrə verilmiş hər hansı arbitraj qərarı ilə əlaqədar federal, dövlət və ya əyalət məhkəməsinə və ya tribunalına yardım üçün müraciət edə bilməz. Verilən istənilən arbitraj qərarı tərəflərdən hər biri üçün yekun və məcburi olacaq və bu qərar üzrə appelyasiya şikayəti vermək olmaz. Bu qərarın aid olduğu şəxs və ya həmin şəxsin mülkiyyəti üzərində hüququ olan hər hansı məhkəmə bu qərarı icraata verə bilər.

HEÇ BİR İDDİA BAŞQA BİR MƏHKƏMƏ PROSESİ İLƏ BİRLƏŞDİRİLƏ, YAXUD DA BAŞQA BİR ŞƏXSİN MÜBAHİSƏSİNİN ARBİTRAJ PROSESİNƏ DAXİL EDİLƏ BİLMƏZ. TƏRƏFLƏR RAZILAŞIRLAR Kİ, BU ŞƏRTLƏRƏ ƏSASƏN ARBİTRAJA CƏLB EDİLƏN HƏR HANSI İDDİA HƏR HANSI SƏBƏBƏ GÖRƏ BAŞQA BİR ARBİTRAJ PROSESİ İLƏ BİRLƏŞDİRİLMƏYƏCƏK. ARBİTR BU ŞƏRTLƏRDƏ QADAĞAN OLUNMUŞ ZƏRƏRLƏRƏ GÖRƏ KOMPENSASİYA, CƏRİMƏ ZƏRƏRLƏRİNƏ VƏ YA MƏHVEDİCİ ZƏRƏRLƏRƏ GÖRƏ KOMPENSASİYA VƏ YA VƏKİL XƏRCLƏRİ ÜÇÜN ÖDƏNİŞ MÜƏYYƏN ETMƏYƏ BİLƏR. SİZ VƏ ALDO BU ŞƏRTLƏRDƏ İSTİSNA OLUNAN HƏR HANSI KOMPENSASİYA ÜÇÜN HƏR HANSI İDDİADAN İMTİNA EDƏ BİLƏRSİNİZ.

Məhkəmə qadağası və Müvəqqəti qadağa
5-ci Bölmənin, A Cədvəlinin və ya bu şərtlərin hər hansı başqa bir müddəasının şərtlərinə baxmayaraq, ALDO özünün ticari markasını və ya digər intellektual mülkiyyət hüquqlarını, yaxud da məxfi məlumatlarını qorumaq üçün müvafiq səlahiyyətə malik hər hansı məhkəmədən məhkəmə qadağası, müvəqqəti və ya aralıq qadağa istəmək və əldə etmək hüququna malikdir.

16. ŞƏRTLƏRDƏ DƏYİŞİKLİK EDİLMƏSİ / MÜDDƏALARIN AYRILMASI
ALDO bu veb saytla əlaqədar şərtlərdə dəyişiklik və ya yeniləmə apara bilər. Biz bu veb sayt vasitəsilə həmin dəyişikliklərə və ya yeniləmələrə dair bildiriş təqdim etməklə sizə məlumat verəcəyik. Həmin bildirişin təqdim edilməsindən sonra sizin veb saytdan istifadəni davam etdirməniz bu şərtlərdə və digər prinsiplərdə edilən dəyişiklikləri qəbul etməniz kimi başa düşüləcək. Siz həmin dəyişikliklərə riayət etməlisiniz. Bu şərtlərdən hər hansı biri hər hansı səbəbdən etibarsız, qanunsuz hesab edilərsə, həmin şərt ayrılacaq və qalan şərtlərin etibarlılığına təsir göstərməyəcək.

17. YURIDIKSİYA
Bu veb sayt ALDO tərəfindən Kanada, Kuebek, Monrealdan idarə olunur. ALDO bu veb saytdakı materialların digər yerlər üçün uyğun olduğuna dair bəyanat vermir. Bu veb sayta başqa yerdən daxil olan şəxslər bunu özləri etməlidirlər və onlar yerli qanunlara əməl etmək üçün cavabdehdirlər (yerli qanunlar tətbiq edilərsə).

18. KUKİLƏR
Biz bu veb saytda sizin seçimlərinizi və fəaliyyətlərinizi izləmək üçün kukilərdən istifadə edə bilərik. Kukilər veb saytdan sizin kompüterin hard drayverinə ötürülən kiçik fayllardır. Onlar sizin seçimlərinizi qeydiyyata alır və saytda daha səmərəli vaxt keçirmənizi təmin edirlər. Kukilər müxtəlif məlumatları, o cümlədən sayta neçə dəfə daxil olmanız haqda məlumatları, qeydiyyat məlumatlarını və saytdakı hər hansı bir səhifəyə və ya bölməyə neçə dəfə baxdığınıza dair məlumatları özündə birləşdirir. Bir çox mühüm saytlar öz müştərilərinə daha yaxşı xidmət göstərmək üçün kukilərdən istifadə edirlər. Bir çox brauzerlər kukiləri qəbul edirlər, ancaq onlar kukiləri kilidləmək üçün asanlıqla dəyişdirilə bilərlər; kukilərin kilidlənməsi, kukilərinqəbulu və kukilərin tamamilə deaktivasiya olunması ilə əlaqədar öz brauzerinizin yardım faylına baxın. Siz bilməlisiniz ki, kukilər olmadan veb saytın bəzi funksiyaları olmayacaq və istifadəçi saytın imkanlarından am şəkildə faydalana bilməyəcək

19. İMTİNA
ALDO tərəfindən bu şərtlərin müddəalarından hər hansı birinin yerinə yetirilməməsi, yaxud da üçüncü tərəflər və ya sizin tərəfinizdən bu şərtlərin pozulmasına reaksiya verilməməsi ALDO-nun bu şərtləri yerinə yetirmək hüququnu rədd etmir.

20. TAM RAZILAŞMA
Bu şərtlər və şərtlərə daxil olan bütün digər razılaşmalar və ya müddəalar bu veb saytın istifadəsi, veb sayt vasitəsilə həyata keçirilən hər hansı əməliyyat və saytın məzmunu ilə əlaqədar sizinlə ALDO və ALDO-nun Hindistandakı lisenziya alanı arasında tam razılaşmanı ifadə edir və əsas mövzu ilə əlaqədar bütün keçmiş anlaşmaları və ya razılaşmaları (elektron, şifahi və ya yazılı) əvəz edir. Bu şərtlərdə ancaq yazılı formada və ya ALDO tərəfindən düzəliş və ya dəyişiklik edilə bilər.

21. XİTAM
ALDO öz istəyinə əsasən, bildiriş təqdim etməklə və ya etmədən sizin bu veb sayta bütövlükdə və ya müəyyən bölmələrinə girişinizə xitam verə bilər.

22. BAŞLIQLAR
Burada istifadə olunan başlıqlar ancaq əlverişli olmaq üçün verilir və bu şərtlərin şərhinə təsir göstərmir.

Son yenilənmə tarixi: 15 avqust 2008-ci il