MƏXFİLİK SİYASƏTİ – BİZİM MƏXFİLİK ÖHDƏLİYİRMİZ

MƏXFİLİK SİYASƏTİ – BİZİM MƏXFİLİK ÖHDƏLİYİRMİZ

ALDO Group Inc., onun filialları, lisenziya alanları və françayziləri öz müştərilərinə dəyər verir və onların məxfiliyinə hörmətlə yanaşırlar. ALDO Group Inc. şirkətinin Ölkə üçün veb saytı («Azərbaycan saytı») şirkətin Azərbaycan françayzi üçün ALDO Group Inc. tərəfindən tətbiq edilir. Azərbaycan saytı üçün və ya saytla əlaqədar toplanılan bütün şəxsi məlumatlar (burada qeyd edilən elektron poçt ünvanları daxil olmaqla) Azərbaycan françayzi üçün nəzərdə tutulur. Bu məxfilik siyasəti ("Məxfilik siyasəti") Azərbaycan françayzinin məxfilik siyasətidir və bütün istifadəçilər həmin françayziyə müraciət etməlidirlər. İstifadəçilər ALDO Group Inc. və onun filiallarına müraciət etməyəcəklər. Burada istifadə olunan "biz" və ya "bizim" sözləri ancaq Azərbaycan françayziyə şamil edilir.

Bu məxfilik siyasətində bizim sizdən istəyə biləcəyimiz şəxsi məlumatlar, həmin məlumatların toplanılma məqsədləri, həmin məlumatların hansı şəkildə istifadə olunacağı və həmin məlumatların nə zaman üçüncü tərəflərə təqdim ediləcəyi kimi məsələlər öz əksini tapır. Bu məxfilik siyasətində siz şəxsi məlumatlarınızın toplanılması, istifadəsi və açıqlanması formalarını seçə bilərsiniz. Azərbaycan françayzi bu məxfilik siyasətinə zidd olan şəkildə sizin şəxsi məlumatlarınızı toplaya, istifadə edə və ya açıqlaya bilməz.

Azərbaycan saytından istifadə etməklə siz bu məxfilik siyasətinin şərtləri və tələbləri ilə razı olduğunuzu bildirirsiniz. Bizim məxfilik siyasətimizdə gələcəkdə dəyişiklik olarsa, biz həmin sənədin yenilənmiş formasını Azərbaycan saytında yerləşdirməklə müştərilərimizə və veb saytın istifadəçilərinə dəyişiklik barədə məlumat verəcəyik.

Həmin dəyişikliklərə dair məlumatın göndərilməsindən sonra siz Azərbaycan saytından istifadəni davam etdirsəniz, həmin dəyişiklikləri qəbul etmiş sayılacaqsınız. Dəyişiklikdən sonra Azərbaycan saytından istifadə etməsəniz, ancaq şəxsi məlumatlarınızla əlaqədar heç bir tədbir görməsəniz, biz həmin məlumatlardan əvvəl olduğu kimi, məxfilik siyasətinə uyğun istifadə edəcəyik. Siz bu məxfilik siyasətini və hər hansı dəyişiklikləri mütəmadi olaraq nəzərdən keçirmək üçün cavabdehsiniz.

Bizimməxfiliksiyasətimiz

Azərbaycan françayzi Azərbaycan saytından hansı məlumatları toplayır?

Azərbaycan françayzi Azərbaycan saytından mənim məlumatlarımı hansı məqsədlə toplayır?

Azərbaycan françayzi Azərbaycan saytından toplanılan məlumatlarımı üçüncü tərəflərə açıqlayırmı?

Mən tanıtım məlumatlarını əldə etmək üçün seçimlərimi necə edə bilərəm?

Kuki nədir və Azərbaycan françayzi kukilərdən Azərbaycan saytında necə istifadə edir?

Mən şəxsi məlumatlarıma necə daxil ola və ya dəyişə, razılığımızı geri ala və ya bu sənədlə, yaxud da Azərbaycan françayzinin məxfilik praktikası ilə əlaqədar sorğu və ya şikayət irəli sürə bilərəm?

Azərbaycan saytından toplanılan şəxsi məlumatlar Azərbaycan françayzi tərəfindən hansı müddətdə saxlanılır?

Azərbaycan saytından toplanılan şəxsi məlumatlar Azərbaycan françayzi tərəfindən necə mühafizə olunur?

Azərbaycan françayzi Azərbaycan saytından hansı məlumatları toplayır?
Siz telefon, elektron poçt və ya başqa ünsiyyət forması ilə öz şəxsi məlumatlarınızı təqdim edərkən həmin məlumaları yaddaşda saxladıqda və ya hər hansı formada təqdim etdikdə, yaxud da müsabiqədə, tanıtım kampaniyasında və ya sorğuda iştirak etmək üçün onlayn qaydada və ya Azərbaycan pərakəndə satış məntəqələrindən birində blank doldurarkən biz həmin məlumatları toplayırıq. Siz bizə bir sıra şəxsi məlumatları, məs. adınızı, elektron poçt ünvanınızı və poçt ünvanınızı, telefon nömrənizi (nömrələrinizi), o cümlədən ünvanınızı, maraqlandığınız məhsullara dair məlumatları və maliyyə məlumatlarını, həmçinin istək və rəyinizi bildirə bilərsiniz.

Azərbaycan saytı böyüklər tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulur. Azərbaycan françayzi Azərbaycan saytından 13 yaşdan kiçik uşaqlar haqda bilərəkdən şəxsi məlumat toplamamalıdır. 13 yaşdan kiçik uşaqlar Azərbaycan saytından istifadə etməməli və ya Azərbaycan françayziyə şəxsi məlumatlar təqdim etməməlidirlər.

Azərbaycan françayzi Azərbaycan saytından mənim məlumatlarımı hansı məqsədlə toplayır?
Azərbaycan françayzi Azərbaycan saytından topladığı sizə aid şəxsi məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edə bilər: (1) sifariş etdiyiniz məhsulları sizə və ya sizin dostlarınıza, ya da yaxınlarınıza göndərmək üçün; (2) sizin alış-veriqşdə nələrə üstünlük verdiyinizi öyrənmək üçün; və (3) müştəri xidmətimizi ölçmək, fəaliyyətimizi müqayisə etmək məqsədilə marketinq və fəaliyyət səviyyəsinin araşdırmasını həyata keçirmək, həmçinin alış-veriş təcrübəmizi və təklif edilən məhsulları təkmilləşdirmək üçün. Aşağıda göstərildiyi kimi, siz tanıtım materiallarını və ya marketinq məlumatlarını almaqdan imtina edə bilərsiniz.

Azərbaycan françayzi Azərbaycan saytından toplanılan məlumatlarımı üçüncü tərəflərə açıqlayırmı?
Siz Azərbaycan saytına daxil olduqda, müsabiqədə, sorğuda, tanıtım kampaniyasında və ya xüsusi təklifdə iştirak etdikdə, yaxud da Azərbaycan ALDO mağazalarında alış-veriş etdikdə, biz sizin şəxsi məlumatlarınızı ALDO Group Inc. şirkətinə və ya hər hansı ALDO filialına təqdim edə bilərik ki, onlar sizinlə əlaqə yaratsınlar (elektron poçt, poçt və ya sair vasitələrlə) və sizin üçün maraqlı ola biləcək məhsullar, xidmətlər, müsabiqələr, tanıtım kampaniyaları və xüsusi təkliflər barədə materiallar və əlavə məlumatlar təqdim etsinlər, yaxud da həmin məlumatları bu sənəddə müəyyən edilmiş digər məqsədlər üçün toplayaraq istifadə etsinlər.

Qanunla icazə verilməzsə, biz sizin şəxsai məlumatlarınızı şirkətin filialı olmayan üçüncü tərəflərə, yaxud da ALDO Group Inc. şirkətinə və ya hər hansı ALDO filialına satmırıq və icarəyə vermirik. Ancaq, sizin biznesiniz tam və ya əsaslı şəkildə satılarsa, yaxud da buna bənzər bir əməliyyat aparılarsa, biz sizin şəxsi məlumatlarınızı alıcıya və ya potensial alıcıya ötürə və ya açıqlaya bilərik. O, təklif olunan əməliyyatı dəyərləndirmək, yaxud da əldə edilən müəssisənin işlərini idarə etmək və həyata keçirmək, ya da bu sənəddə müəyyən edilmiş başqa məqsədlər üçün bu məlumatları toplaya, istifadə edə və açıqlaya bilər.

Biz şəxsi məlumatları işlənmək üçün şirkətin filialı olmayan üçüncü tərəflərə razılaşmaya əsasən təqdim edə bilərik. Həmin razılaşmada üçüncü tərəflərin bu məlumatları işlənmədən başqa məqsədlər üçün istifadə etmələri və ya açıqlamaları qadağan olunur və məlumatların həssasşlığına uyğun olaraq təhlükəsizlik tədbirləri müəyyən edilir.

Biz qanunun tələbinə əsasən hüquqi proseslərdə və hüquq-mühafizə tələblərinə cavab olaraq, həmçinin ehtiyac olan zaman Azərbaycan françayzinin və ya ALDO Group Inc. şirkətinin və onun filiallarının mülkiyyətini, maraqlarını və hüquqlarını qorumaq üçün sizin şəxsi məlumatlarınızı açıqlaya bilərik.

Azərbaycan saytında üçüncü tərəflərin veb saytlarına aid linklər verilə bilər. Bu veb saytlarda sizin şəxsi məlumatlarınız toplanıla bilər. Bu sənəd üçüncü tərəflərin fəaliyyətlərinə şamil edilmir və Azərbaycan françayzi heç bir cavabdehlik qəbul etmir və siz Azərbaycan saytından istifadə etməklə və/və ya bu veb saytdan üçüncü tərəfin veb saytına daxil olmaqla Azərbaycan françayzini üçüncü tərəflərin hərəkətlərinə və səhvlərinə görə hər hansı cavabdehlikdən azad edirsiniz. Daxil olduğunuz hər saytda məxfilik siyasəti ilə tanış olun.

Mən tanıtım məlumatlarını əldə etmək üçün seçimlərimi necə edə bilərəm?
Biz sizinlə ancaq o zaman əlaqə yaratmaq istəyirik ki, siz bizimlə danışmaq istəyəsiniz. Əgər siz bizdən və ya Aldo şirkətinin digər filiallarından tanıtım məlumatları almaq istəmirsinizsə, yaxud da alış-veriş məqsədilə sizin şəxsi məlumatlarınızdan istifadə etməyimizi istəmirsinizsə, bizə 1-800-246-9405 nömrəsinə zəng etməklə, yaxud da ALDO Müştəri Xidmətləri, 2300 Emile-Belanger, Monreal, Kuebek, Kanada, H4R 3J4 ünvanına yazmaqla bu barədə bildirin. Həmin bildirişdə daha əvvəl bizdə qeydiyyatdan keçərkən və ya mal alarkən göstərdiyiniz tam adınızı və elektron poçt ünvanınızı qeyd edin. Poçtla göndərilən istəyin nəzərdən keçirilməsi 2 həftə davam edə bilər. Həmin müddət ərzində siz bizdən və ya digər Aldo filiallarından məlumat almaqda davam edə bilərsiniz.

Kuki nədir və Azərbaycan françayzi kukilərdən Azərbaycan saytında necə istifadə edir?
Biz Azərbaycan saytında sizin seçimlərinizi və fəaliyyətlərinizi izləmək üçün kukilərdən istifadə edə bilərik. Kukilər veb saytdan sizin kompüterin hard drayverinə ötürülən kiçik fayllardır. Onlar sizin seçimlərinizi qeydiyyata alır və saytda daha səmərəli vaxt keçirmənizi təmin edirlər. Kukilər müxtəlif məlumatları, o cümlədən sayta neçə dəfə daxil olmanız haqda məlumatları, qeydiyyat məlumatlarını və saytdakı hər hansı bir səhifəyə və ya bölməyə neçə dəfə baxdığınıza dair məlumatları özündə birləşdirir. Bir çox mühüm saytlar öz müştərilərinə daha yaxşı xidmət göstərmək üçün kukilərdən istifadə edirlər. Bir çox brauzerlər kukiləri qəbul edirlər, ancaq onlar kukiləri kilidləmək üçün asanlıqla dəyişdirilə bilərlər; kukilərin kilidlənməsi, kukilərinqəbulu və kukilərin tamamilə deaktivasiya olunması ilə əlaqədar öz brauzerinizin yardım faylına baxın. Siz bilməlisiniz ki, kukilər olmadan veb saytın bəzi funksiyaları olmayacaq və istifadəçi saytın imkanlarından am şəkildə faydalana bilməyəcək.

Mən şəxsi məlumatlarıma necə daxil ola və ya dəyişə, razılığımızı geri ala və ya bu sənədlə, yaxud da Azərbaycan françayzinin məxfilik praktikası ilə əlaqədar sorğu və ya şikayət irəli sürə bilərəm
Azərbaycan françayzi Azərbaycan saytında topladığı şəxsi məlumatların istifadə olunacağı məqsəd üçün dəqiq, dolğun və keçərli olmasını təmin edəcək. Siz topladığımız şəxsi məlumatlarınıza daxil olmaq və ya düzəliş etmək istəyə bilərsiniz. Belə bir istəyi bildirmək və ya bu sənədlə və Azərbaycan françayzinin məxfilik siyasəti ilə əlaqədar sual vermək, yaxud da şikayət etmək üçün məxfilik məsələləri üzrə direktorumuza aşağıdakı ünvana yazmaqla müraciət edə bilərsiniz:

Müştəri xidmətləri
ALDO ölkə
küçə, şəhər, ölkə,
Poçt kodu
Ölkə
azerbaijan@aldointernational.com

Əgər siz burada qeyd edildiyi kimi, şəxsi məlumatlarınızın toplanılmasına, istifadəsinə və/və ya açıqlanmasına razılıq vermisinizsə, nəzərinizə çatdırırıq ki, istənilən vaxt məxfilik məsələləri üzrə direktorumuza müraciət etməklə razılığınızı ləğv edə bilərsiniz.

Azərbaycan saytından toplanılan şəxsi məlumatlar Azərbaycan françayzi tərəfindən hansı müddətdə saxlanılır?
Biz sizin şəxsi məlumatlarınızı bu sənəddə təsvir olunan məqsədlər üçün zəruri olan müddətdə, yaxud da müvafiq qanunda tələb olunan müddətdə saxlayacağıq.

Azərbaycan saytından toplanılan şəxsi məlumatlar Azərbaycan françayzi tərəfindən necə mühafizə olunur?
Biz şəxsi məlumatların həssaslığını və istifadə məqsədlərini nəzərə alaraq onların məxfiliyini təmin etmək və bu məlumatları itməkdən və ya oğurlanmaqdan, həmçinin icazəsiz müdaxilədən, açıqlanmadan, surətinin köçürülməsindən, istifadə olunmaqdan və ya dəyişdirilməkdən qorumaq üçün müvafiq tədbirlər görmüşük. Bundan başqa, Azərbaycan françayzinin hər bir əməkdaşı, müvəkkili və ya agenti bu məxfilik siyasətinə əməl etməlidir.

Son yenilənmə tarixi: 12 iyun 2009-cu il